AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində iclas keçirilib

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən iclasda Nazirliyin, Hidrometeorologiya idarəsinin rayonlar üzrə suölçmə müşahidə məntəqələrinin və meteoroloji stansiyalarının əməkdaşları iştirak etmişdir. Hidrometeorologiya idarəsi üzrə 9 meteoroloji stansiya və  14 suölçmə müşahidə məntəqələri fəaliyyət göstərir. Meteoroloji stansiyalarda fasiləsiz olaraq bulud, yağıntı, atmosfer təzyiqi, rütubətlik, temperatur, külək, görünüş məsafəsi, şimşək və.s kimi müşahidələrin aparıldığını, eyni zamanda  suölçmə məntəqələrində suyun sərfi, səviyyəsi və temperaturunun ölçmə işlərinin aparıldığı qeyd edildi.
Məntəqələrdə və stansiyalarda mövcud vəziyyətin, çatışmazlıqların aradan qaldırılması, məlumatların vaxtında düzgün çatdırılması, yeni üsullarla təkliflərin hazırlanması istiqamətində müzakirələr aparılaraq  əməkdaşlara göstərişlər verilmişdir. Əməkdaşların və stansiya rəislərinin işlərində buraxdığı nöqsanların, onların aradan qaldırılması yolları müzakirə edilmiş və mövzular ətrafında diskusiyalar keçirilmiş, nöqsanların aradan qaldırılması və bir daha təkrar olunmaması istiqamətində tapşırıqlar verilmişdir. Meteoroloqlarla söhbət zamanı müşahidələrin  xüsusi meteoroloji MK1, MK3, MK5 kitabçalara yazıldığını, gündəlik meteoroloji məlumatların sutkada 3 saatdan bir 8 dəfə olmaqla götürülüb kodlaşdırıldığı və məlumatların vaxtlı- vaxtında düzgün çatdırılması üçün çalışdıqlarını bildirdilər. İclasın keçirilməsi hər bir  əməkdaşın təcrübi və praktiki biliklərinin yüksəlməsində öz peşələri üzrə daha da təkmilləşməsində, yeni təlimatların və istiqamətlərin verilməsində böyük əhəmiyyəti  olmuşdur. Bundan sonra da bu kimi tədbirlərin, diskusiyaların digər sahələr üzrə  keçirilməsi işləri davam etdiriləcəkdir.

Nəşr edilib : 03.03.2023 11:42