AZ EN RU

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim olunub

İyunun 10-da Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərancamı ilə ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin olunmuş Xanlar  Mustafayevi nazirliyin kollektivinə təqdim edib.

Elşad Əliyev yeni təyinat münasibətilə Xanlar Mustafayevi təbrik edərək son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 

Azərbaycanda o cümlədən Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, ekologiya sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb. 

Xanlar  Mustafayev dövlətimizin rəhbərliyi tərəfindən ona göstərilən  etimada görə minnətdarlığını bildirib. Nazir Ulu Öndərin və ölkə başçısının ekologiya sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, həmçinin yaşıl dünya naminə həmrəylik ilində qarşıda duran hədəflərin layiqincə yerinə yetirilməsi, ətraf mühitin qorunması, meşəsalma və meşəbərpa tədbirlərinin genişləndirilməsi, fauna və flora növlərinin qorunması, yeraltı və yerüstü sərvətlərdən ekoloji cəhətdən dayanıqlı istifadə edilməsi, hidroloji və meteoroloji ölçmələri müasir cihazlarla daha dəqiq aparılması, tullantıların düzgün idarə edilməsi və bir sıra digər işlərin görülməsi istiqamətində bütün quvvələrin səfərbər olunacağını və bundan sonrakı fəaliyyətdə daha yaxşı göstəricilərin əldə ediləcəyini diqqətə çatdırıb.

Nəşr edilib : 10.06.2024 13:30