AZ EN RU

Naxçıvan Muxtar Respublikasının əhatə dairəsində olan dövlət müəssisə və təşkilatlarında 9 audit aparılıb

    “Bu il Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikasının əhatə dairəsində olan dövlət müəssisə və təşkilatlarında 9 audit aparılıb”.
     Bunu Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi” mövzusunda keçirilən tədbirdən sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, auditlərin nəticələri bizim tərəfimizdən ümumiləşdirilərək ümumi xarakterli nöqsanların hamısını qruplaşdırmışıq: “Bu qruplaşdırılmış nöqsanların bizə bəzi nöqsanların hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir. Və hüquqi bazanın təkmil olması dövlət büdcəsinin layihəsi və icrası dövrlərini tam şəkildə əhatə etdiyindən bununla bağlı Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə hüquqi bazanın təkmilləşməsi ilə bağlı təkliflərimizi vermək fikrimiz var. Bu təkliflər primitiv xarakter daşıyacaq. Və dövlət büdcəsinin həm layihələndirilməsi, həm də icrası dövrü ərzində büdcənin daha təkmil olmasına töhfəsini verməlidir. Auditlərin nəticələri göstərir ki, onları bir neçə qrupa bölmək olur. Burada qurumların rəhbərlərinin işinə məsuliyyətli yanaşması, bilik və bacarıqlarının təkmil olmaması və bununla bağlı onların idarə etməsindən də irəli gələn bəzi məsələlər var ki, bu daha çox vəsaitlərin idarə edilməsi və vəsaitlərin hesabat dövrü ilə bağlıdır. Bizim də əsas vəzifəmiz dövlət qurumlarının dövlət vəsaitlərinin istifadəsi ilə bağlı məsuliyyətini artırmaqdan ibarətdir. İki nəzarət tədbirimiz tam yekunlaşmayıb. Onlar növbəti ayın sonuna qədər tam şəkildə yekunlaşacaq. Və ictimaiyyətə geniş şəkildə  məlumatlar veriləcək”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 30.10.2023 12:23