AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi və bəzi fərman və sərəncamlarının ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aşağıdakı fərman və sərəncamında dəyişiklik edilsin:

1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 4 iyul tarixli 27-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı haqqında Əsasnamə”nin 15.0.3-cü yarımbəndi ləğv edilsin;

1.2. “Naxçıvan Muxtar Respublikasının bir sıra dövlət orqanları işçilərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 21 sentyabr tarixli 403-05/S nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilsin.

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aşağıdakı fərman və sərəncamları ləğv edilsin:

2.1. “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi  barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 7 iyul tarixli 70-V FR nömrəli Fərmanı;

2.2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 6 dekabr tarixli 148-V FR nömrəli Fərmanı;

2.3. “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 18 dekabr tarixli 48-VI FR nömrəli Fərmanı;

2.4. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 25 iyun tarixli 114-06/S nömrəli Sərəncamı;

2.5. “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında”  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2022-ci il 3 avqust tarixli  229-06/S nömrəli Sərəncamı.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini:

ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 4 dekabr 2023-cü il

Nəşr edilib : 04.12.2023 18:54