AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ilə birlikdə gömrük orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir

    Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqəyə 10 vakant inspektor vəzifəsi (vəzifə kodu: 999000) çıxarılmışdır. Müsabiqədə ali məktəbləri gömrük işinin təşkili, gömrük ekspertizası, hüquqşünas, dövlət və bələdiyyə idarəetməsi, ümumi iqtisadiyyat, iqtisadiyyatın tənzimlənməsi, dünya iqtisadiyyatı, beynəlxalq iqtisadi münasibətlər, biznesin təşkili və idarə edilməsi, menecment, vergi işinin təşkili və idarə edilməsi, mühasibat uçotu və audit, maliyyə və kredit ixtisasları üzrə bitirən şəxslər iştirak edə bilərlər. 
    Test imtahanında iştirak etmək istəyən şəxslər 1 aprel-2 may 2022-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş surətlərini “şəxsi kabinet”ə yükləməlidirlər:
    1. Şəxsiyyət vəsiqəsi
    2. Ali təhsil barədə diplom (Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə)
    3. Əmək kitabçası (son iş yeri barədə qeydin olması şərtilə)
    4. Hərbi bilet 
    5. 3x4 santimetr ölçüdə fotoşəkil (ağ fonda).
    Namizədlər elektron ərizəni təsdiq etmək üçün müəyyən olunmuş məbləği (90 AZN) “şəxsi kabinet” üzərindən bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz mərkəzə təqdim edilməlidir. 
    İkili vətəndaşlığı olan, yaşı 30-u keçmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar müsabiqəyə buraxılmırlar. 

Əlaqə telefonları:
(036) 545-65-71 (Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi)
(036) 544-49-72 (Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi)

Nəşr edilib : 30.03.2022 19:38