AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı ümumilikdə 43 nəfər saxlanılıb

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 1 ay ərzində ayrı-ayrı şəhər, rayon və qəsəbələrdə cinayətkarlığın qarşısının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz əməliyyatlar davam etdirilib. Keçirilən  tədbirlər nəticəsində ümumilikdə 43 nəfər saxlanılıb.

Qeyd edilən dövrdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar olunması istiqamətində keçirilən tədbirlər zamanı ayrı-ayrı şəxslərdən 2 ədəd tüfəng, 1 ədəd tapança, 1 ədəd top mərmisi, 5 ədəd avtomat darağı və patronlar aşkar olunaraq götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və Muxtar Respublika ərazisinə narkotik vasitələri gətirməyə cəhd edən ümumilikdə 7 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb. 

Həmçinin mənzillərdən,ticarət obyektlərindən, eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materilları, məişət əşyaları oğurlayan 22 nəfər saxlanılıb.

Əlavə olaraq, keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, kibercinayətkarlıq yolu ilə pullarını ələ keçirən cinayətkar dəstə üzvləri Abbas Qurbanov, Toğrul Ağazadə, Abbas Abdulzadə və Qəmər Həsənova  saxlanılıblar. 

Tədbirlər zamanı Muxtar Respublika ərazisində dini radikalizmi təbliğ edən və onlara müraciət edən vətəndaşları gizli olaraq video-çəkiliş aparan daha 3 nəfər tutularaq məsuliyyətə cəlb olunub. 

Qeyd edilən dövrdə keçirilmiş təxirəsalınmaz əməliyyat  axtarış tədbirləri nəticəsində mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə eləcə də CM-nin müxtəlif maddələri ilə axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil veilmişlər.

Qeyd olunan faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir. Saxlanılanların əksəriyyəti barəsində həbs qətimkan tədbirləri seçilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 18.09.2023 15:57