AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanunu

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.10-cu maddəyə “çap” sözündən sonra “, audiovizual” sözü əlavə edilsin.

2. 1.1.15-ci maddədə, 18.3-cü maddənin birinci cümləsində, 41.3-cü, 45.1.2-ci və 58.6.2-ci maddələrdə ismin müvafiq hallarında “ictimai təşkilatlar” sözləri ismin müvafiq hallarında “qeyri-hökumət təşkilatları” sözləri ilə əvəz edilsin.

3. 1.1.17-ci, 2.4.2-ci, 41.8-ci, 51.2.6-cı maddələrdə, 56.7-ci maddənin ikinci cümləsində, 81.2-ci maddənin üçüncü cümləsində, 81.3-cü və 81.4-cü maddələrin birinci abzaslarında və 101.1.7-ci maddədə ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media subyektləri” sözləri ilə əvəz edilsin.

4. 8.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

5. 17.1-ci maddəyə “ekspedisiyalarda” sözündən sonra “, sanatoriyalarda, istirahət evlərində və xəstəxanalarda” sözləri əlavə edilsin.

6. 18.4-cü maddədən “digər ictimai təşkilatlar,” sözləri çıxarılsın.

7. 20.3-cü maddənin birinci cümləsindən, 28.3-cü və 33.4-cü maddələrdən “gizli və ya” sözləri çıxarılsın;

8.  21-ci maddə üzrə:     

8.1. adında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

8.2. 21.1-ci maddədə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin.

9. 22.5-ci maddənin birinci cümləsindən əvvəl aşağıdakı məzmunda cümlələr əlavə edilsin:

“Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası öz aparatını yaradır. Aparatın fəaliyyəti Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Mərkəzi Seçki Komissiyası aparatının strukturunu və ştat vahidlərini muxtar respublika büdcəsindən ona ayrılmış vəsait hüdudlarında müəyyən edir.”.

10. 25.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“25.1. Mərkəzi Seçki Komissiyasının sədri öz səlahiyyəti dövründə muxtar respublika büdcəsi hesabına əmək haqqı alır. Mərkəzi Seçki Komissiyasının üzvü (müavin, katib, üzvlər) seçkilərin elan olunduğu gündən seçkilərin nəticələrinin dərc olunduğu günədək muxtar respublika büdcəsi hesabına əmək haqqı alır.”.

11. 26-cı maddə üzrə:

11.1. 26.1-ci maddənin birinci cümləsinə “siyasi partiyalar bloklarının” sözlərindən sonra “səlahiyyətli nümayəndələri,” sözləri əlavə edilsin;

11.2. Aşağıdakı məzmunda 26.4.4-1-ci maddə əlavə edilsin:

“26.4.4-1. Ali Məclisin deputatlığına namizəd olduqda;”.

12. 27-ci maddə üzrə:

12.1. 27.1-ci maddəyə “45 seçki dairəsi” sözlərindən əvvəl “hər 5 ildən bir” sözləri əlavə edilsin;

12.2. 27.3-cü maddənin ikinci cümləsindən sonra aşağıdakı məzmunda cümlə əlavə edilsin:

“Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın iclasları hər il Azərbaycan Respublikası üzrə vahid seçici siyahısı dəqiqləşdirildikdən sonra iki aydan gec olmayaraq keçirilir.”.

13. 29.1.6-cı, 29.1.12-ci, 42.4-cü, 43.4-cü, 83.5-ci və 83.6-cı maddələr ləğv edilsin.

14. 30.2-ci və 35.1-ci maddələrin birinci cümləsində “seçki gününədək” sözləri “seçkilərin nəticələrinin dərc edildiyi günədək” sözləri ilə əvəz edilsin.

15. 30.3-cü maddədə “dairə seçki komissiyasının” sözləri “Mərkəzi Seçki Komissiyasının” sözləri ilə əvəz edilsin.

16. Aşağıdakı məzmunda 31.3-cü maddə əlavə edilsin:

“31.3. Dairə seçki komissiyasının qərarı 24 saat ərzində dərc edilməlidir və dərc olunduğu gündən qüvvəyə minir.”.

17. 32-ci maddə üzrə:

17.1. 32.4-cü maddədə “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.

17.2. 32.5-ci maddədən “seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda və s.),” sözləri çıxarılsın.

18. Aşağıdakı məzmunda 33.6-cı maddə əlavə edilsin:

“33.6. Bu Qanunun 32.4-cü maddəsində göstərilən hallarda seçicilərin sayı  100-dən az olan və 50-dən çox olan və yolu çətin keçilən yerlərdə yerləşən seçki məntəqələrində məntəqə seçki komissiyası seçicilərin ümumi yığıncağında açıq səsvermə yolu ilə seçilir. Bu halda məntəqə seçki komissiyasının tərkibi dairə seçki komissiyası tərəfindən təsdiqlənir.”.

19. Aşağıdakı məzmunda 36.3-cü maddə əlavə edilsin:

“36.3. Məntəqə seçki komissiyasının qərarı ən geci 12 saat müddətində dərc edilməlidir.”.

20. 37-ci maddə üzrə:

20.1. 37.5-ci maddəyə “siyasi partiyalar blokunun” sözlərindən sonra “və  seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının” sözləri əlavə edilsin;

20.2. 37.8-ci, 37.12-ci və 37.15-ci maddələrdə ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media subyektləri” sözləri ilə əvəz edilsin;

20.3. 37.14-cü maddədən “, xəstəxanalarda, sanatoriyalarda və istirahət evlərində” sözləri çıxarılsın.

21. 40-cı maddənin adında, 40.1-ci və 40.2-ci maddələrdə ismin müvafiq hallarında “Kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “Media subyektləri” sözləri ilə əvəz edilsin.

22. 49.2-ci maddənin ikinci cümləsi dördüncü cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildirişi, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.”.

23. 50.7-ci maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:

“Namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildirişi, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.”.

24. 57-ci maddə üzrə:

24.1. 57.2-ci və 57.3-cü maddələrdə “kütləvi informasiya vasitələrində” sözləri “media subyektlərində” sözləri ilə əvəz edilsin;

24.2.  57.6-cı maddədə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə, birinci halda “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə, ikinci halda “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin.

25. 62-ci maddə üzrə:

25.1. 62.2.1-ci maddədə “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin;

25.2. Aşağıdakı məzmunda 62.2.2-1-ci maddə əlavə edilsin:

“62.2.2-1. çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;”;

25.3. 62.3-cü maddənin birinci cümləsində “Kütləvi informasiya vasitələri” sözləri “Media vasitəsi” sözləri ilə, “tele və radioverilişlər” sözləri “televiziya və radio proqramları” sözləri ilə əvəz edilsin.

26. 64-cü maddə üzrə:

26.1. adında “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin; 

26.2. 64.1-ci və 64.2-ci maddələrdə ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin;

26.3. 64.3-cü maddədə “Kütləvi informasiya vasitələri” sözləri “Media subyektləri” sözləri ilə əvəz edilsin;

26.4.  64.4-cü maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

27. 65-ci maddə üzrə:

27.1. adında “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə əvəz edilsin;

27.2. 65.1-ci və 65.3-cü maddələrdə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin.

28. 66-cı maddənin adında “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə əvəz edilsin.

29. 67.1-ci və 67.2-ci maddələrdə “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin.

30. 68-ci maddə üzrə:

30.1. 68.1-ci maddənin birinci cümləsində “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə, üçüncü cümləsində “teleradio verilişləri təşkilatının” sözləri “televiziya və radio yayımçısının” sözləri ilə əvəz edilsin;

30.2. 68.3.4-cü maddədə “teleradio verilişləri” sözləri “televiziya və radio proqramları” sözləri ilə, “verilişlərin proqramı, verilişin” sözləri “həmin proqramların cədvəli, proqramın” sözləri ilə əvəz edilsin;

30.3. 68.6-cı maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin.

31. 69-cu maddə üzrə:

31.1. 69.2-ci maddədə “teleradio verilişləri təşkilatlarının” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;

31.2. 69.3-cü maddənin birinci cümləsində “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;

31.3. 69.4-cü maddənin birinci cümləsində (birinci halda) “teleradio” sözü “televiziya və radio” sözləri ilə, “teleradio verilişləri təşkilatları” sözləri “televiziya və radio yayımçıları” sözləri ilə, ikinci cümləsində “Teleradio verilişləri təşkilatları” sözləri “Televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin.

32. 75-ci maddə üzrə:

32.1. 75.1-ci maddənin birinci cümləsində, 75.2-ci maddədə, 75.7-ci maddənin üçüncü cümləsində ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media” sözü ilə əvəz edilsin;

32.2. 75.6-cı maddənin birinci cümləsində “teleradio verilişləri təşkilatlarının teleradio” sözləri “televiziya və radio yayımçılarının” sözləri ilə, ikinci cümləsində “teleradio verilişləri təşkilatlarını” sözləri “televiziya və radio yayımçılarını” sözləri ilə əvəz edilsin;

32.3. 75.8-ci maddədə (hər iki halda) ismin müvafiq hallarında “teleradio verilişləri təşkilatları” sözləri ismin müvafiq hallarında “televiziya və radio yayımçıları” sözləri ilə əvəz edilsin.

33. 80.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“80.1. Xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirilir.”.

34. 83.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“83.4. Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarına ayırdığı pul vəsaitinin  verilməsi, hesabatı, qeydiyyat qaydasını maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyənləşdirir, muxtar respublika büdcəsindən ayrılmış vəsaitin xərclənməsinin maliyyə uçotunu aparır.”.

35. 84-cü maddə üzrə:

35.1. 84.2.2-ci maddədən “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən” sözləri “maliyyə bazarlarına nəzarət orqanından”  sözləri ilə əvəz edilsin;

35.2. 84.3.1-ci maddədən “, aşağı seçki komissiyalarının” sözləri çıxarılsın.

36. 85-ci maddə üzrə:

36.1. 85.3-cü maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Qeydə alınmış namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda məlumatda qeydə alınmış namizədin məsuliyyətə alındığı Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı, nömrəsi, namizədin yaşadığı başqa dövlətdə Cinayət Məcəlləsində cinayət sayılan əməli olmuş və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışsa, xarici dövlətin müvafiq qanununun adı göstərilməlidir.”;

36.2. 85.6.4-cü maddənin birinci cümləsində “möhürlənir” sözü “kilidlənir” sözü ilə, ikinci cümləsində “Möhürlər” sözü “kilidlər” sözü ilə əvəz edilsin.

37. 88.1-ci maddənin ikinci cümləsində “kütləvi informasiya vasitələri ilə” sözləri “media” sözü ilə əvəz edilsin.

38. 96-cı maddə üzrə:

38.1. 96.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin və həmin maddəyə “edir” sözündən sonra və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər” sözləri əlavə edilsin;

38.2. 96.3-cü və 96.4-cü maddələrdə ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media subyektləri” sözləri ilə əvəz edilsin.

39. 99.1-ci maddənin birinci cümləsində “kütləvi informasiya vasitələri” sözləri “media vasitəsi” sözləri ilə əvəz edilsin.

40. 103.3-cü maddədə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri” sözləri “Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci-beşinci cümlələr əlavə edilsin:

“Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən       10 gün müddətində həmin qərardan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər. Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər.”.

41. 104-cü maddə üzrə:

41.1. 104.1-ci maddədə “4-cü” sözü “5-ci” sözü ilə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin” sözləri “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının” sözləri ilə əvəz edilsin;

41.2. Aşağıdakı məzmunda 104.1-1-ci və 104.1-2-ci maddələr əlavə edilsin:

“104.1-1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin            I hissəsinin 4-cü bəndində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 1 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar mütəxəssislərdən ibarət qrup yarada bilər.

104.1-2.  Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin          I hissəsinin 6-cı və 7-ci bəndlərində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına Ali Məclisin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir.”;

41.3. 104.2-ci maddədə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri” sözləri “Mərkəzi Seçki Komissiyası” sözləri ilə əvəz edilsin;

41.4. 104.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“104.3. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində (deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallar istisna olmaqla) bu Qanunun 8-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq  seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin edilir.”.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini 

Naxçıvan şəhəri, 31 may 2024-cü il

Nəşr edilib : 31.05.2024 15:04