AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 4 rayonunda yanğın hadisəsi baş verib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ordubad və Culfa şəhərlərində, Kəngərli rayonu Yurdçu, Şahbuz rayonunun Sələsüz kəndlərində quru otluq sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
 "Şərq qapısı" xəbər verir ki, məlumatlarla əlaqədar Kəngərli, Şahbuz, Ordubad və Culfa Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğınlar qısa müddətdə söndürülüb.

Nəşr edilib : 04.06.2024 19:20