AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş şahmat üzrə onlayn yoldaşlıq görüşü keçiriləcək

25 fevral 2024-cü il tarixdə, saat 20:30-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Sədərək Rayon Təhsil Şöbəsinin, Balakən Uşaq Gənclər İdman Şahmat məktəbinin, Türkiyənin İzmir Deha Satranc klubunun, Gürcüstanın Marneuli şəhərindən “İnkişaf və Təhsil” Mərkəzinin və  Pakistanın Mindsports Assosiyasiyasının birgə təşkilatçılığı ilə  Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş 100 dəqiqə onlayn yoldaşlıq görüşü lichess.org vasitəsilə canlı keçiriləcəkdir.

Yoldaşlıq görüşündə Azərbaycanın 6 şahmat məktəbi, Türkiyənin 10 şahmat mərkəzi və şahmat klubu, Gürcüstanın 1 şahmat Mərkəzinin və Pakistanın 1 şahmat Mərkəzi olmaqla ümumilikdə 18 komandanın iştirakı ilə keçiriləcək yoldaşlıq görüşündə 100 şahmatçının iştrakı nəzərdə tutulub.

Nəşr edilib : 24.02.2024 16:15