AZ EN RU

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş konsert

Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyası arasında qurulan nümunəvi əməkdaşlıq münasibətləri hər iki ali təhsil müəssisəsində peşəkar kadr hazırlığına yüksək töhfə ilə yanaşı, Naxçıvan mədəni mühitini inkişaf etdirir, Naxçıvan insanlarını sevindirir. 22 may tarixdə   Milli Konservatoriyanın professoru, Xalq artisti, "Şöhrət" ordenli sənətkar Mənsum İbrahimovun rəhbərliyi ilə respublikamızın tanınmış sənətkarlarının ustad dərsləri və Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında konsertləri keçiriləcək.
Qeyd edək ki, konsert proqramı Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunur.

Nəşr edilib : 21.05.2024 21:11