AZ EN RU

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” nə həsr olunmuş konsert keçirilib

Naxçıvan şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin hazırladıqları tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin və uşaq musiqi məktəbinin nümayəndələri iştirak edib.
Azərbaycanın xalq və bəstəkar mahnılarından və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqili konsertdə ifaçılar doğma yurdumuz Naxçıvana həsr olunan əsərlərlə bərabər, Vətən və qəhrəmanlıqla bağlı nəğmələr də təqdim ediblər.
Konsert Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində təşkil edilib.

Nəşr edilib : 13.03.2024 10:22