AZ EN RU

Naxçıvan Muxtar Respublikasında yerin təki sahəsinin istifadəyə verilməsi üzrə növbəti auksion təşkil edilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən “Arpaçay” çınqıl-qum qarışığı yatağından ayrılmış sahə (6,3 ha) auksiona çıxarılmışdır. 

Keçirilmiş auksionda ən yüksək qiymət təklifi ilə “Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC 28 min 500 manat məbləğlə auksionun qalibi olmuşdur.

Nəşr edilib : 28.11.2023 14:10