AZ EN RU

Naxçıvan Muxtar Respublikasında yeni qurumlar yaradılıb

Naxçıvan Muxtar Respublikasında yeni qurumlar yaradılıb.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi, "Naxçıvan Aqrar Xidmətlər Mərkəzi" publik hüquqi şəxsi, "Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti, Akademik Həsən Əliyev adına "Araz" Elmi-İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizə İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu yaradılıb.

Qurumlar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq.

Nəşr edilib : 11.07.2023 09:45