AZ EN RU

Naxçıvan Muxtar Respublikasında xarıbülbül bitkisinin sınaq əkinlərinə başlanılıb

    Ulu Öndər Heydər Əliyevin 100 illiyi ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da müxtəlif tədbirlərlə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi də yubileyə öz töhfələrini verir. Yubiley ərəfəsində muxtar respublikanın florasını zənginləşdirmək məqsədilə gətirilən xarıbülbül bitkisinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyində, Naxçıvan Bioresurslar İnstitutunda, Culfa rayonunun uyğun bölgələrində, Ekologiya və Təbii Sərvətlər Nazir­liyi ilə birgə Batabat yaylağında elmi-tədqiqat işləri aparılmasına başlanılması bu tədbirlərin davamıdır. Belə ki, sözügedən bitki laboratoriya və sahə təcrübələrinə cəlb olunub.
   Sınağa cəlb edilən bitkilər elmi işçilər tərəfindən mütəmadi olaraq müşahidə altında saxlanılacaq, qeydlər aparılacaq və digər tədbirlər görüləcəkdir.

 Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.05.2023 22:18