AZ EN RU

Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 63,7 faiz artıb

Naxçıvan Muxtar Respublikasında (MR) büdcəyə vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 4 ayında Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 51 milyondan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,7 faiz və ya 15 milyon manat çoxdur. Təkcə bu ilin aprel ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 63,7 faiz və ya 5,6 milyon manat artım qeydə alınıb.

Nəşr edilib : 12.05.2023 16:04