AZ EN RU

Naxçıvan Muxtar Respublikasında sosial sığorta haqları üzrə daxilolmalar 12,1 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-iyul ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 86,6 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz və ya 9,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 17,2 faiz artaraq 24,5 milyon manat təşkil edib.

2023-cü ilin 7 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 2,3 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 14 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 8,3 faiz artıb.

Nəşr edilib : 08.08.2023 17:00