AZ EN RU

Naxçıvan Muxtar Respublikasında sabaha olan hava proqnozu

Sabaha gözlənilən hava proqnozu açıqlanıb. 
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, 26 yanvar saat 21:00-dan 27 yanvar saat 21:00-dək arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir. 
Saniyədə 5-10m/san sürətlə qərb küləyi əsəcək, arabir güclənəcək. 
Temperatur gecə 2-7 dərəcə şaxta, bəzi yerlərdə 10 dərəcəyədək şaxta, gündüz 0+5 dərəcə isti olacaq.

Nəşr edilib : 26.01.2024 14:40