AZ EN RU

Naxçıvan Muxtar Respublikasında qadınlar tərəfindən ailə təsərrüfatlarının qurulması və ya genişləndirilməsinə maddi dəstək göstərilir

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilir. Cari ildə Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsində sərmayə kapitalı alan 4 qadının təsərrüfat sahəsi və evində sərmayə kapitalından düzgün istifadə olunması və ya müvafiq sahələrin qurulması ilə əlaqədar monitorinqlər keçirilmişdir. 2023-cü il 28-29 mart tarixlərində keçirilən monitorinqlər zamanı məlum olmuşdur ki, layihə iştirakçıları olan Naxçıvan şəhər sakinləri Aslanova İlhamə Paşa qızı, Bağırova Ruhiyyə bağır qızı dekorativ tətbiqi sənət üzrə Şahbuz şəhər sakinləri Vəlizadə Qumru Kirman qızı toxuculuq, Rüstəmova Simuzər Aslan qızı isə iribuynuzlu heyvandarlıq sahəsi üzrə sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edərək fəaliyyət sahələrini qurmuşlar. Monitoinq zamanı  heç bir  nöqsan aşkarlanmamışdır.

Sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və

Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 29.03.2023 18:47