AZ EN RU

Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, qızılcaya yoluxan 6 sakinin 4-u ambulator, 2-i isə stasionar müalicə olunub. Bu xəstəliyə yoluxma halları isə Şahbuz (2 yoluxma), Babək (2 yoluxma), Şərur (1 yoluxma) və Kəngərli (1 yoluxma) rayonlarında qeydə alınıb. Yoluxan şəxslərin 3-ü qadın, 3-ü isə kişidir.

Nəşr edilib : 30.11.2023 17:05