AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 30-na olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə   Naxçıvan şəhəri, Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  Culfa, Ordubad və Şahbuz  rayonlarının bəzi dağlıq ərazilərində havanın yağmurlu olacağı və şimşək çaxacağı gözlənilir. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° olacağı ehtimal olunur.

Nəşr edilib : 29.06.2024 21:15