AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 29-na olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə   Naxçıvan şəhəri, Ordubad, Şahbuz və Babək rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, axşam saatlarında  Culfa, Şərur, Sədərək və Kəngərli rayonlarında  havanın yağmurlu olacağı və şimşək çaxacağı gözlənilir. Muxtar respublikanın bəzi dağlıq ərazilərinə dolu düşəcəyi ehtimal olunur. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° olacağı gözlənilir.

Nəşr edilib : 28.06.2024 21:54