AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 28-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə   Naxçıvan şəhəri, Şərur, Şahbuz, Kəngərli, Sədərək və Babək rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Muxtar respublikanın Culfa və Ordubad rayonlarının bəzi ərazilərinə yağış yağacağı, şimşək çaxacağı və bəzi dağlıq ərazilərə dolu düşəcəyi ehtimal olunur. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 12-27° isti, gündüz 28-33° olacağı gözlənilir.

Nəşr edilib : 27.06.2024 21:10