AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 27-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə   Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmurlu keçəcəyi və şimşək çaxacağı, Culfa, Şahbuz və Ordubad rayonlarının bəzi dağlıq ərazilərinə dolu düşəcəyi ehtimal olunur. Günün birinci yarısında yağıntıların miqdarı tədricən azalacaq. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° olacağı gözlənilir.

Nəşr edilib : 26.06.2024 20:18