AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 26-na olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə   Naxçıvan şəhərinə və muxtar respublikanın digər rayonlarının ərazilərinə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  Ayrı-ayrı ərazilərdə qısa müddətli leysan xarakterli intensiv olacağı və dolu düşəcəyi ehtimal olunur.  Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° olacaq.

Nəşr edilib : 25.06.2024 23:04