AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 25-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə  Naxçıvan şəhəri, Babək və Şərur  rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında qısa müddətli yağış yağacağı ehtimal olunur. Muxtar respublikanın Sədərək və Kəngərli rayonlarında havanın yağıntısız olacağı, Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərinə yağış yağacağı gözlənilir. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° olacaq.

Nəşr edilib : 24.06.2024 20:58