AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 24-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə  Naxçıvan şəhəri və Babək rayonunda havanın əsasən yağmursuz keçəcəyi, Şərur, Şahbuz, Sədərək və Kəngərli rayonlarında axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Muxtar respublikanın Culfa və Ordubad rayonlarının  əsasən dağlıq ərazilərinə  yağıntı düşəcəyi ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° olacaq.

Nəşr edilib : 23.06.2024 22:06