AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 23-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə  Naxçıvan şəhəri, Ordubad, Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında havanın əsasən yağmursuz, muxtar respublikanın Culfa, Şahbuz rayonlarının bəzi dağlıq ərazilərində havanın yağıntılı olacağı ehtimal olunur. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-34° olacaq.

Nəşr edilib : 22.06.2024 23:29