AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 22-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə  Naxçıvan şəhərində və Babək rayonunda axşam saatlarında qısa müddətli yağış yağacağı, Şərur, Sədərək, Kəngərli rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Muxtar respublikanın Culfa, Ordubad, Şahbuz rayonlarının bəzi dağlıq ərazilərində yağış yağacağı, şimşək çağacağı və dolu düşəcəyi ehtimal olunur. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° olacaq.

Nəşr edilib : 21.06.2024 23:06