AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 21-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə  Naxçıvan şəhərində və muxtar respublikanın Şərur, Sədərək, Kəngərli rayonlarında havanın əsasən yağmursuz olacağı, Culfa, Ordubad, Şahbuz rayonlarının bəzi dağlıq ərazilərində yağış yağacağı, şimşək çağacağı və dolu düşəcəyi ehtimal olunur. Saniyədə 6-11 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 15-20° isti, gündüz 32-37° olacaq.

Nəşr edilib : 20.06.2024 21:54