AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 20-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə  Naxçıvan şəhərində və muxtar respublikanın Şərur, Sədərək, Kəngərli rayonlarının bəzi ərazilərində havanın arabir yağmurlu, Culfa, Ordubad, Şahbuz rayonlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çağacağı və dolu düşəcəyi ehtimal olunur. Şahbuz rayonuna düşəcək yağıntının qısa müddət ərzində leysan xarakterli olacağı gözlənilir. Saniyədə 8-14 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 13-18° isti, gündüz 32-37° olacaq.

Nəşr edilib : 19.06.2024 22:02