AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 19-na olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə  Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın yağmurlu olacağı, şimşək çaxacağı, muxtar respublikanın bəzi ərazilərinə dolu düşəcəyi ehtimal olunur.  Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° olacaq.

Nəşr edilib : 19.06.2024 00:17