AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 18-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Şərq qapısı"na verilən məlumata görə  Naxçıvan şəhəri, Şərur, Sədərək, Kəngərli, Babək rayonlarında havanın əsasən yağmursuz, Culfa, Ordubad və Şahbuz rayonlarının dağlıq ərazilərində havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° olacaq.

Nəşr edilib : 17.06.2024 22:14