AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 17-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Şərq qapısı"na verilən məlumata görə  Naxçıvan şəhərində və  Babək rayonunda havanın əsasən yağmursuz, muxtar respublikanın Culfa, Şahbuz, Ordubad, Şərur, Sədərək və Kəngərli rayonlarının bəzi ərazilərdə havanının arabir yağmurlu olacağı və şimşək çaxacağı gözlənilir. Muxtar respublikanın bəzi dağlıq ərazilərinə dolu düşəcəyi ehtimal olunur. Saniyədə 9-14 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° olacaq.

Nəşr edilib : 16.06.2024 20:05