AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 16-na olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Şərq qapısı"na verilən məlumata görə  Naxçıvan şəhərində və  Babək rayonunda havanın əsasən yağmursuz, muxtar respublikanın Culfa, Şahbuz, Ordubad, Şərur, Sədərək və Kəngərli rayonlarının bəzi ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimal olunur. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° olacağı gözlənilir.

Nəşr edilib : 15.06.2024 23:15