AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 15-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhərində və muxtar respublikanın  Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında havanın əsasən yağmursuz, Culfa, Şahbuz, Ordubad rayonlarının bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° olacağı ehtimal olunur.

Nəşr edilib : 14.06.2024 21:03