AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 13-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhərində və muxtar respublikanın  Şərur, Sədərək, Kəngərli və Babək rayonlarında havanın,  əsasən, yağmursuz, Culfa, Şahbuz, Ordubad rayonlarının bəzi dağlıq ərazilərində havanın yağıntılı olacağı ehtimal olunur. Saniyədə 7-12 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-39° olacaq.

Nəşr edilib : 12.06.2024 20:47