AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 12-nə olan hava praqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhərinda və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Muxtar respublikanın bəzi dağlıq ərazilərində havanın yağıntılı olacağı gözlənilir. Saniyədə 5-10 m/san şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 28-33° dərəcə olacaq.

Nəşr edilib : 11.06.2024 20:23