AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyunun 11-nə olan hava praqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhərində və muxtar respublikanın  Culfa, Ordubad, Şahbuz, Sədərək, Babək rayonlarında havanın fasilələrlə yağıntılı olacağı və şimşək çağacağı, Kəngərli və Şərur rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, bəzi ərazilərində yağış yağacağı, muxtar respublikanın bəzi bölgələrinə dolu düşəcəyi  ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.  Havanın temperaturu gecə 13-18° isti, gündüz 30-35° olacaq.

Nəşr edilib : 10.06.2024 19:41