AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyulun 3-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə   Naxçıvan şəhəri və  muxtar respublikanın digər rayonlarında fasilələrlə yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Şahbuz rayonunun bəzi dağlıq ərazilərinə dolu düşəcəyi ehtimal olunur. Saniyədə 8-13 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° olacaq.

Nəşr edilib : 02.07.2024 20:32