AZ EN RU

Naxçıvan Muxtar Respublikasında iyulun 2-nə olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə   Naxçıvan şəhəri və  muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmurlu olacağı gözlənilir. Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərdə şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Saniyədə 10-15 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 28-33° olacaq.

Nəşr edilib : 01.07.2024 20:46