AZ EN RU

Naxçıvan Muxtar Respublikasında əhaliyə ödənişsiz hüquqi yardım göstərilib

    10 mart 2023-cü il tarixdə 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədbirlər Planı çərçivəsində respublika ərazisində ödənişsiz hüquqi yardım aksiyalarına start verilib. Ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə əlaqədar “Açıq qapı” günü təşkil edilib. 
    Aksiya ilə əlaqədar “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri tərəfindən Naxçıvanda 50-yə yaxın vətəndaşa hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib. 
    Aksiyada kollegiyanın sədri Anar Bağırov da şəxsən iştirak edib və vətəndaşların hüquqi problemi ilə maraqlanıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.03.2023 21:34