AZ EN RU

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli paylaşım edib

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin Hacettepe Universitetinin rektoru, professor doktor Mehmet Cahit Güranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Hacettepe Universiteti arasında əməkdaşlıq əlaqələrinə, ixtisaslı həkim və tibb işçilərinin mübadilə proqramının, ixtisasartırma kursları və təlimlərin, müştərək elmi-praktik konfransların, simpoziumların təşkili ila bağlı görüləcək işlər haqqında məlumat verildi. Gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Nəşr edilib : 19.01.2024 23:52