AZ EN RU

Naxçıvan Muxtar Respublikasında 25 iyula olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri, Culfa, Ordubad, Şahbuz və Babək rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, muxtar respublikanın Şərur, Sədərək və Kəngərli rayonlarında günün birinci yarısında qısamüddətli yağış yağacağı gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° olacağı ehtimal olunur.

Nəşr edilib : 24.07.2024 22:59