AZ EN RU

Naxçıvan Muxtar Respublikasında 16 iyula olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Culfa rayonunun  bəzi dağlıq ərazilərində havanın yağışlı olacağı ehtimal olunur. Saniyədə 12-17 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° olacağı gözlənilir.

Nəşr edilib : 15.07.2024 22:33