AZ EN RU

Naxçıvan Muxtar Respublikasına mediatur təşkil olunub

Dekabrn 25-də Dövlət Turizm Agentliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə dair turizm marşrutunun təqdimatı ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına mediatur təşkil olunub.

Mediatur iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra mediatur iştirakçılarının Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşü keçirilib.

Qeyd edək ki, 2 gün davam edəcək mediatur çərçivəsində Naxçıvanın bir sıra mədəniyyət abidələri ilə tanışlıq olacaq.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 25.12.2023 11:21