AZ EN RU

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, Azərbaycan Respublikasının Xalq artistləri Rövşən Hüseynov və Həsən Ağasoyla görüş keçirilib

Martın 28 də Naxçıvan Muxtar Respublikası Təhsil və Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın və Azərbaycan Respublikasının Xalq artisti Rövşən Hüseynovun 70 illik yubileyləri, Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoyun doğum günü münasibətilə onlarla görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov Asim Yadigarı və Rövşən Hüseynovu 70 illik yubleyləri, Həsən Ağasoyu isə doğum günü münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 

Görüşdə Asim Yadigara, Rövşən Hüseynova və Həsən Ağasoya Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələr, Mədəniyyət Nazirliyi tərəfindən isə plaketlər təqdim olunub. 

Görüşün bədii hissəsində Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanları və Heydər Əliyev Uşaq- Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri rəqs və musiqi nömrələri ilə çıxış ediblər.

Nəşr edilib : 28.03.2024 21:00