AZ EN RU

Naxçıvan Muxtar Respublikası üzrə yaşı 100-dən artıq olan seçicilərin sayı 5 nəfərdir

Fevralın 7-də növbədənkənar prezident seçkilərində səsvermə üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 seçki dairəsi üzrə ümumilikdə 278 mindən çox seçici qeydə alınıb.
Muxtar respublikada seçki dairələri üzrə ən çox seçici sayı 2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə (47 min 224 nəfər) qeydə alınıb.
2020-ci il 10 fevral tarixindən 2024-cü il 7 fevral tarixinə qədər ilk dəfə səs verəcək şəxslərin sayı 17 min 514 nəfər təşkil edir. Həmçinin səsvermə günü daxil olmaqla bu il yanvarın 1-dən fevralın 7-dək yaşı 18-i tamamlamış şəxslərin sayı 525 nəfərdir.
Yaşı 100-dən artıq olan seçicilərin sayı 5 nəfərdir.

Nəşr edilib : 05.02.2024 23:15