AZ EN RU

Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin               II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə:

Babayeva Zərövşən Yaşar qızı

Məmmədova Ruqiyyə Hüseyn qızı “Əməkdar müəllim” fəxri adı ilə;

İsmayılova Səkinə Hacı qızı “Əməkdar həkim” fəxri adı ilə;

Rüstəmova Gülşad Qəzənfər qızı “Əməkdar tibb işçisi” fəxri adı ilə;

Rüstəmova Süsən Elmixan qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə;

 Hüseynova Rəna Sultan qızı

 Muxtarova Fərqanə Yusif qızı

 Nağıyeva Elnurə Adıgözəl qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

VASİF TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 05 mart 2022-ci il

Nəşr edilib : 05.03.2022 17:00