AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Kollegiya İclası keçirilib

İclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar  təhsil müəssisələrinin, həmçinin ümumtəhsil  məktəblərinin  direktorları iştirak edib.  
İclasda Təhsil Nazirliyi Kollegiyasının 2024-cü ilə dair  İş Planı təsdiq olunub, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyena və nizam-intizam qaydalarına əməl olunması, təlim proqramının məzmunu, kargüzarlıq və təlim-tərbiyə işinin təşkili ilə bağlı aparılmış monitorinqin nəticələri və cari məsələrərin müzakirəsi aparılıb.
Kollegiya İclasında Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov müəssisə rəhbərlərinə təhsil müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi, nizam-intizam qaydalarına nəzarətin artırılması,  şagirdlərin buraxılış imtahanlarına  hazırlığının  diqqətdə saxlanılması, olimpiada və müsabiqələrə məktəblilərin cəlbi, bağçalara uşaq qəbulu zamanı şəffaflığın və bərabərliyin təmin edilməsi və digər məslələrlə bağlı konkret tapşırıqlar verib.

Nəşr edilib : 23.02.2024 20:12