AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək və Şərur rayonları üzrə təhsil şöbələrinə mühasib vəzifəsi üzrə vakant olan yerlərə işə qəbul elan edir!

Namizədlərdən aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlar tələb olunur:

- Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
- “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2018-ci il 25 dekabr tarixli Q-13 nömrəli Qərarı;
- Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formaları;
- Uçot və hesabatı;
- Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili;
- Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları;
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları;
- Hesablama texnikasının istismarı qaydaları;
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsasları;
- Daxili əmək intizamı qaydaları;
- Əmək qanunvericiliyinin əsasları.
 
Tələb olunan zəruri sənədlər:
- Müvafiq vəzifəyə uyğun ixtisası təsdiq edən orta və ya ali təhsil diplomu və ona əlavənin əsli, varsa "Peşəkar mühasib" sertifikatı,
- şəxsiyyəti təsdiq edən sənədin əsli.
 
Müraciət etmək istəyən şəxslərdən zəruri sənədləri Babək və Şərur rayonları üzrə təhsil şöbələrinə təqdim etməsi xahiş olunur.

 Sənəd qəbulu üçün son tarix: 6 fevral 2024-cü il

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi

Nəşr edilib : 22.01.2024 15:50